Sumqayıt məktəblisi ingilis dili olimpiadasının qalibi olub.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəbin şagirdi Məhərrəmli Nurlan Sabit oğlu HIPPO Beynəlxalq ingilis dili olimpiadasının Azərbaycan Milli Respublika turunda qızıl medala layiq görülüb.
O, 20 ölkənin iştirak edəcəyi regional mərhələdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Məhərrəmli Nurlanı təbrik edir, bundan sonrakı olimpiadalarda uğurlar arzulayırıq!