Sumqayıtda piyada səkilərindən birində yaranan vəziyyət narahatlıq doğurur.
Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, 40-cı məhəllə, Lermontov küçəsində yerləşən piyada səkisindəki kanalizasiya sistemində nasazlıq yaranıb və ətrafı çirkab sular basıb.
Sözügedən vəziyyət isə həm ərazidə antisanitar vəziyyət yaradıb, həm də piyadaların hərəkətində problemlərə səbəb olub.
Vətəndaşlar aidiyyəti qurumlardan mövcud problemin həllini tələb edirlər.