top
Sumqayıtın itirilmiş simvolu: Titanikin hekayəsi
17 iyun 2026, 13:00
- ↺ +

Sumqayıtın itirilmiş simvolu: "Titanik"in hekayəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtın özünəməxsus rəmzlərindən biri də vaxtilə dəniz sahilində dayanan "Titanik" idi. Hər kəs onu "Sumqayıtın Titaniki" adlandırsa da, köhnə neft tankerinin adı "Nəriman Nərimanov" olub. Xəzər Dəniz Gəmiçilik İdarəsinin balansında neft daşıyan tankerin istismar müddəti başa çatdıqdan sonra 1981-ci ildə Sumqayıt rəhbərliyi tərəfindən 50 min sovet rublu müqabilində alınaraq sahilə gətirilir.

Məqsəd sadə idi: bu nəhəng polad gövdəni Sumqayıt gəncləri və sakinləri üçün fərqli ab-havalı, dəniz mənzərəli bir gəmi-restorana (kafeyə) çevirmək. Qısa müddətdə rekonstruksiya işləri aparılır və tanker qapılarını müştərilərin üzünə açır. İlk illərində bura şəhərin ən prestijli və populyar əyləncə məkanlarından birinə çevrilir. Amma unudulan bir məqam gəminin Titanikin taleyini yaşamasına səbəb oldu. Neft tankerləri dənizdə içərisi boş saxlanıldıqda mütləq ballast, yəni ağırlıq üçün su ilə doldurulmalıdır. Lakin sahildə lövbər salan bu gəmidə çəki qonşuluğu düzgün hesablanmadı. Gəminin ön və arxa hissələrinin ağırlığı mərkəzi hissədən qat-qat çox olduğundan, fiziki təzyiqə dözməyən nəhəng gövdə iki yerə bölündü. Bu qəzadan sonra təhlükəsizlik səbəbindən restoran fəaliyyəti tamamilə dayandırıldı. Gəmi yarıbatmış və sınmış vəziyyətdə dənizin qoynunda tənha qaldı.

Fəaliyyətini dayandırsa da, gəmi Sumqayıtın sosial həyatından çıxmadı. Əksinə, 25 ildən çox bir müddətdə uşaqların, gənclərin və yaşlıların ən sevimli ekstremal əyləncə zonasına çevrildi. Sumqayıtda böyüyən hər bir yeniyetmənin ömründə heç olmasa bir dəfə gəminin içinə gizlicə girmək, onun paslı pilləkənləri ilə yuxarı dırmaşmaq kimi bir "şücaəti" var idi. Hər səhər onlarla sakin qarmağını gəminin göyərtəsindən Xəzərə atırdı. O dövrün gəncləri, sevgililəri və dostları mütləq arxa fonda bu gəmi olmaqla xatirə şəkilləri çəkdirərdilər.

Sumqayıt müasirləşdikcə və dənizkənarı bulvarın tikintisi layihəsi gündəmə gəldikdə, bu paslı və təhlükəli metal yığınının sahildə qalması artıq qeyri-mümkün idi. Beləliklə, bulvarın inşasından bir qədər əvvəl, yəni 2012-ci ildə xüsusi texnikalar cəlb olunaraq gəminin qalıqları doğrandı və ərazidən tamamilə təmizləndi.

"Sumqayıtın Titaniki" fiziki olaraq sahildən yox olsa da, bu gün də köhnə sumqayıtlıların albomlarındakı saralmış fotolarda və dəniz kənarından keçən hər kəsin xatirələrində yaşamaya davam edir.

 



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər