top
Sumqayıtın mərkəzindəki bayram bəzəyi – şəhərin bayram ovqatı
22 dekabr 2025, 12:50
- ↺ +

Sumqayıtın mərkəzindəki "bayram bəzəyi" – şəhərin bayram ovqatı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bayram ərəfəsində şəhərlərin əsas məqsədi insanlara bayram ovqatı yaşatmaq, küçələri işıq, rəng və estetik görüntü ilə bəzəməkdir. Lakin görünən odur ki, Sumqayıtda bu anlayış tamam başqa cür başa düşülür. Şəhəri bəzəmək əvəzinə, sanki ictimai məkanları gözdən salmaq üçün xüsusi "yaradıcılıq" nümayiş etdirilir.

Belə ki, Sumqayıtın tam mərkəzində – Sülh prospektində yerləşən xiyabanda konus formasında sadə metalik bir fiqur quraşdırılıb. Üzərinə isə sayca az, görüntü baxımından isə heç nə ifadə etməyən işıqlar bərkidilib. Ortaya çıxan mənzərə nə bayramı xatırladır, nə Yeni ili, nə də şəhər mərkəzinə yaraşan hər hansı bir dekorasiyanı.

Fotonu çəkən sakin bildirib ki, bu fiqura "Yeni il küknarı" deməyə dili belə gəlmir. Çünki nə forma, nə dizayn, nə də ümumi görüntü bayram simvolu ilə uyğunluq təşkil edir. Əksinə, baxımsız, ucuz və tələm-tələsik qurulmuş bir metal konstruksiyanı xatırladır.

Sual yaranır: bu cür "bəzək" kimin zövqünə, hansı estetik anlayışa hesablanıb? Şəhərin mərkəzində, minlərlə insanın hər gün keçdiyi ərazidə bu cür yarıtmaz görüntü yaratmaq Sumqayıta hörmətsizlik deyilmi? Bayram əhval-ruhiyyəsi yaratmaq əvəzinə, insanların sosial şəbəkələrdə istehza və narazılıq etməsinə səbəb olan bu fiqur kimlər tərəfindən qəbul olunub?

İldən-ilə inkişafdan, abadlıqdan danışılan Sumqayıtda bayram dekorasiyalarının bu səviyyədə olması ciddi suallar doğurur. Əgər bəzəməyə zövq, düşüncə və məsuliyyət yoxdursa, bəlkə ümumiyyətlə heç nə quraşdırmamaq daha yaxşıdır?

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Bu gün, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Bu gün, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Bu gün, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Bu gün, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Bu gün, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Bu gün, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Bu gün, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Oxşar xəbərlər