Sumqayıtda quş qripinə qarşı quşçuluq müəssisələrində monitorinqlər keçirilib. Bu barədə Sumqayıt24 27 dekabr tarixində AQTA-ya istinadən xəbər verir.
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə laborator müayinə üçün qan nümunələri götürülüb, ərazilərə ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Götürülmüş nümunələr institutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Aparılmış müayinə və müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.