Sumqayıtın Tarixi Muzeyində 9 May – faşizm üzərində Qələbə Günü ilə əlaqədar sərgi təşkil edilib. Bu haqda 5 may tarixində Sumqayıt24 muzeyə istinadən xəbər verir.
Sərgidə muzey fondlarında mühafizə olunan, bu dövrün tarixini əks etdirən materiallar, həmçinin sumqayıtlı Sovet İttifaqı Qəhrəmanları Mikayıl Ələkbərov, Yakov Sinyovla yanaşı, Çərkəz Quliyev, Şahbaba Məcidov, Freydlinin şəxsi arxivləri və sovet, alman əsgərlərinin kaskaları, əl qumbarası, avtomat gilizi və s. eksponatlar ziyarətçilərə təqdim olunur.
Qeyd edək ki, muzey həftəiçi 5 gün (II – VII) saat 10:00-dan 18:00-a kimi fəaliyyət göstərir.