Sumqayıtdan olan hərbi qulluqçu düşmən qüvvələrinin törətdiyi təxribatlar zamanı yaralanıb. Bu barədə Sumqayıt24-ə 16 sentyabr tarixində izləyicidən məlumat daxil olub.
Sentyabrın 13-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu hissəsində gedən döyüş zamanı erməni silahlı birləşmələrinin atdığı mərminin qəlpəsi Əli Şıxəliyevə tuş gəlib. Sanitar maşın yolda vurulduğundan, əsgər Şıxəliyevi 4 saat sonra xilas etmək mümkün olub. Hazırda Əli hərbi hospitaldadır. Onun vəziyyəti qənaətbəxşdir. Həkimlərin müayinəsindən məlum olub ki, Şıxəliyevin hər iki ayağına, sağ qoluna və kürəyinə çoxsaylı qəlpələr yeriyib. Məlumata əsasən, onun həyatı üçün təhlükə yoxdur. Əsgər bir müddət sonra əməliyyata hazır olacaq.
Əli Fəqan oğlu Şıxəliyev 2003-cü il təvəllüdlüdür. O, ötən ilin oktyabr ayının çağırışçısıdır.
[modula id="22788"]