Sumqayıtlı cüdoçu yarışda qızıl medal əldə edib.
Sumqayit24.az xəbər verir ki, mayın 21-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turunda mübarizə davam edib.
Turnirin ikinci günündə 207 cüdoçu tatamiyə çıxıb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda sumqayıtlı Ayan Həsənli (-44 kq, Judo Club 2012) bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb və qızıl medalın sahibi olub.