Sumqayıtlı məktəbli beynəlxalq olimpiadada uğura imza atıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, 24 nömrəli məktəbin 3-cü sinif şagirdi Aylin Arif qızı Feyzullayeva Qlobal Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb.
Qeyd edək ki, Aylin Feyzullayeva bundan əvvəl də müxtəlif bilik və intellektual yarışlarda uğurla iştirak edərək diplom, sertifikat və medallara layiq görülüb.