Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının tanınmış aktrisası Xatirə Süleymanova xəstəxanaya yerləşdirilib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, sənətçinin səhhətində yaranan narahatlıq səbəbindən həkim nəzarətinə götürülüb. Aktrisanın yaxın günlərdə cərrahi əməliyyat olunacağı gözlənilir.
Hazırda onun müalicəsi tibb müəssisəsində davam etdirilir və həkimlər tərəfindən zəruri tibbi prosedurlar həyata keçirilir.