Sumqayıtlı güləşçi Məktəblilərin Respublika İdman Olimpiadasında yüksək yer tutub.
Sumqayit24.az xəbər verir ki, yarış Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, eləcə də müvafiq idman federasiyalarının dəstəyi ilə baş tutub.
Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilən yarışın sonuncu – beşinci günündə yunan-Roma güləşçimiz Yusif Sadıqov ("Təhsil", 68 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıb.