top
Sumqayıtlı “Miss Azerbaijan”: “Anamın borcuna görə çılpaq fotolarımı satmışam”
23 noyabr 2024, 01:43
- +

Sumqayıtlı “Miss Azerbaijan”: “Anamın borcuna görə çılpaq fotolarımı satmışam”

“Miss Azerbaijan – 2019” olduqdan sonra yaşadığım sevgi münasibəti həyatımda çevriliş oldu və bütün bunlar internetə yansıdı. Bu çox dramatik sevgi idi. Əslində bundan nə qədər qaçsam da, yenə də içində oluram. Münasibətimin necə başlayıb və necə bitdiyini bilmirəm, çünki o zaman müalicə alırdım. Çox ağır və zəhərli bir münasibət idi. Bu gün səni sevirəm deyən insan sabah səni tanımaq istəmirdi. O mənimlə olan yerdə başqa xanıma baxırdısa, o eqo məni o qədər əzə bilərdi ki, səhər mən onun gözünün önündə başqa bir bəylə rəqs edə bilərdim. Bu münasibət bitdiyi üçün çox xoşbəxtəm. Bir gün səhər oyanıb anladım ki, bu münasibət bitməlidir, çünki sağlamlığıma zərər verir”.

Sumqayit24.az xəbər verirki, bu sözləri Sumqayıtdan olan model Səmra Hüseynova qonaq olduğu “YouTube”da yayımlanan “AStar” layihəsində deyib.

Podium ulduzu bildirib ki, keçmiş sevgilisi onun anasını öldürmək istəyib:

“Bu münasibət bir il çəkdi. Sevdiyim şəxs anasını itirmişdi. Onun anasının sağ qalması üçün mən əlimdə fənərlə sahilə düşmüşdüm ki, Allaha məktub göndərəcəm ki, o yaşasın. O isə mənim anamı öldürmək istədi. Xəstələnmişdim, çəkim 35 kiloqrama düşmüşdü, heç kimi görmək istəmirdim. Bildiyiniz canlı skelet idim. Eqoma görə, onun mənim bu halda görməyini istəmirdim. O insan məni görmək istəyəndə anam icazə vermədi. O da söylədi ki, siz kimsiniz. Səmranın atası da, anası da mənəm. Anam icazə verməyəndə anamı vurdu. Elə vurdu ki, anam bundan ölə bilərdi. Bu, fiziki zərbə idi. O anama əl qaldırdı. Həyat da mənə bunu başa saldı ki, kimin üçün canından keçərsənsə, sənin canını ilk o alar”.

Proqramın aparıcısı Ülvira Qarayevanın “Bir dəfə jurnalistlər anana zəng vurub sual veriblər ki, Səmranın soyunmağına və çılpaq fotolar çəkdirməsinə atası necə reaksiya verir?” Anan da cavab vermişdi ki, atası Səmranı dəstəkləyir və onunla fəxr edir” sözlərinə Səmra belə cavab verib:

“Bir gün atamı dənizkənarına apardım. O da gördü ki, hamı orada yarıçılpaqdır. Ailəli, bacı-qardaş, kiminsə uşağı, kiminsə arvadı… Nə fərqi var? Bəli, biz dənizə getmişdik. Atam bunu görüb dedi ki, qızım, səndə eyni şeyi edirsən də… Hansısa sanballı müğənni gəlsə, jurnalistlər ona “Atan belə geyinməyə icazə verir?” sualını verə bilməzlər. Amma mənə o sualı verirlər. Atam tam dəstəkdir çünki görür ki, çox insanlar dənizdə yarıçılpaqdır”.

Uşaq ikən anasının yüksək məbləğdə faizlə borc götürdüyünü deyən Hüseynova qeyd edib ki, həmin borcu ödəmək üçün şirkətlərin birinə çılpaq fotolarını satıb:

“Biz sələmlə böyümüşük. Anam bizi sələmlə oxudub. Anamın sələm aldığı məbləğ çox böyük idi. Anamın sələm aldığı insan ona bıçaq çəkmək istədi. O hadisə mənim yanımda oldu. Məndə 3 günün içində o pulu tapıb, ödədim. Çılpaq çəkilişlər edərək o pulu yığdım. Bəzi şirkətlər var ki, onlar sənin çılpaq görüntülərini alır və sənə yüksək məbləğdə pul verirlər. Çılpaq fotolarımın sonra yayılması vecimə deyil (ağlayır). O şəkilləri görə də bilərsiniz görməyə də… “Google”da yoxdur amma sosial şəbəkələrdə var. Atla olan çılpaq fotolarım yayılıb. O fotolara görə problemim olmayıb. Mən ona görə ağlayıram ki, o səhnəni unuda bilmirəm. Sizin gözünüzün önündə ananızı öldürmək istəsələr necə olarsınız? O bizə görə bunu edib. İnsan məcbur qalanda hər şeyə əl atır. Mən də etdim. Fotolarımı alan şirkətlər Türkiyə, Fransa, Gürcüstan, Rusiyada fəaliyyət göstərir. Amma Azərbaycana gəlirlər. Bizdə bununla məşğul olan şirkətlər var. Onlar deyirlər ki, bu model bu cür fotolar çəkdirə bilər və bunu sən də edirsən. Azərbaycanda bunu edən yeganə mənəm”.

Aparıcının “Modellikdə eskort daha çoxdur, nəinki başqa sahələrdə. O qadınlara hamının tamahı düşür. Bu hallarla özün rastlaşmısan?” sualına Səmra belə reaksiya verib:

“Mənə eskortluq etmək təklifləri olur amma mən bunu edə bilmirəm. Etmək istəyim olub, amma etməmişəm. Edə bilmərəm də… Ruhumu sata bilmirəm. Bəlkə ac kişinin yanında köləsi ola bilərəm, çünki sevirəm. Amma sevmədiyim bir kişinin yanında pula görə qala bilmirəm. Bunu nə qədər istəmişəm amma edə bilməmişəm. İstəmişəm anama ev alım, atamın işini böyüdüm, amma edə bilməmişəm. Valideynlərim də mənə bunu etməyimə icazə vermir. Atam deyib ki, çılpaq görüntün, səhvlərin olsun, içmisən, eybi yox, 40-50 yaşında tövbə edərsən, lakin heç vaxt ruhunu satma, çünki onu Allaha tövbə edə bilməyəcəksən.

Ruhun satıldısa, sən bitdin və tamamilə tükəndin. Bundan sonra sən hər şeyini satarsan. Düşünürəm ki, bu, bacarıqdır. Hər qadın bunu edə bilməz”.

 

 

Son xəbərlər

İdman
Bu gün, 12:55

"Sumqayıt" 50-ci səfər qələbəsini qazanıb

Bütün xəbərlər
Bu gün, 12:14

İlham Əliyev sel və daşqınlarla mübarizə üçün 85 milyon manat ayırdı

Bütün xəbərlər
Bu gün, 11:35

Sumqayıtda evdə qadın meyiti tapılıb

Bütün xəbərlər
Bu gün, 10:55

Rəşad Nəbiyev Sumqayıt sakinlərini qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtın bir çox ərazisi SUSUZ QALACAQ

Bütün xəbərlər
Bu gün, 09:51

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Bütün xəbərlər
Bu gün, 09:09

Sumqayıt bulvarı 138 min manata dezinfeksiya ediləcək

Bütün xəbərlər
Dünən, 19:00

Geomaqnit qasırğası gözlənilir

Bütün xəbərlər
Dünən, 18:20

Pünhan Piriyev: "Deyirlər, Sumqayıt əhlinə hörmətsizlik etmişəm"

Bütün xəbərlər
Dünən, 17:43

Sumqayıtda biabırçı mənzərə: xəstəxananı su basdı

Bütün xəbərlər
Dünən, 17:24

Sumqayıtda qəzalı xəstəxananın yerində yeni tibb müəssisəsi inşa ediləcək

Bütün xəbərlər
Dünən, 17:01

Xarici dil imtahanlarında yeni yanaşma tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sumqayıtda mötəbər tədbir keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıt təhsilinə ağır itki…

Bütün xəbərlər
Dünən, 16:16

Sumqayıtda qəza - Yaralananlar var

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda külək güclənəcək - HAVA PROQNOZU

İdman
Dünən, 15:02

Sumqayıtlı ata-oğul dünya çempionu oldular

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtda 4 maşın toqquşdu - Yaralananlar var

İdman
Dünən, 14:20

"Qara brilyant"ın ilk müəllimi Rafael Məmmədov çempion oldu

Bütün xəbərlər
Dünən, 13:41

Kanalizasiya daşdı, içməli su yararsız oldu – Sumqayıtda narazılıq

Bütün xəbərlər
Dünən, 13:00

Vaqif Cavadov: "Dünya Çempionatında iz qoymaq istəyirik"

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtda tanışını döyərək öldürən şəxslə bağlı qərar dəyişmədi

Bütün xəbərlər
Dünən, 11:40

Sumqayıt məktəblisi İngiltərədə universitetə qəbul oldu

Bütün xəbərlər
Dünən, 10:56

Berlində bayrağımızı yüksəldən sumqayıtlılar

Oxşar xəbərlər