Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda "Son zəng" qeyd edilir.
Sumqayit24.az-ın məlumatına görə, bu il orta məktəbi bitirərək məzun olanlar arasında sumqayıtlı şəhidlərin övladları da var.
Bunlar general-mayor Polad Həşimovun oğlu Teymur, baş leytenant Rövşən Nurzadənin oğlu Kənan və gizir Elnur Abdullayevin qızı Aişədir.