Sumqayıtlı sürücülər digər bölgələrlə müqayisədə daha çox sığorta haqqı ödəyəcəklər. Sumqayıt24 bu haqda 4 avqust tarixində Report.az-a istinadən xəbər verir.
Yeni qaydalara əsasən, baza sığorta haqqı dəyişdirilməyəcək, 50 manat olaraq qalacaq. Lakin sürücülərin məsuliyyətə görə ödədiyi sığorta haqqı onların daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdiriləcək. Yəni məsuliyyətli və məsuliyyətsiz sürücülər bir-birindən fərqlənəcək.
Avtomobillərin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Bu səbəbdən Sumqayıt və Abşerona 1,05, Bakıya 1,1, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir.
Qeyd edək ki, sığorta haqqının yeni qayda ilə hesablanmasına oktyabrın 1-dən başlanacaq.