Məşhur sumqayıtlı hüquqşünasın səhhəti pisləşib.
Sumqayıt24 xəbər verir ki, vəkil Əsabəli Mustafayev ötən həftə kəskin soyuqdəymə ilə 2 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti nisbətən yaxşılaşdığı üçün palataya köçürülüb.
Qeyd edək ki, Ə. Mustafayev bir müddət əvvəl infarkt keçirib.