top
Sumqayıtlılar çörək pulu üçün niyə Bakıya üz tuturlar? – AÇIQLAMA
19 iyun 2026, 17:00
- ↺ +

Sumqayıtlılar "çörək pulu" üçün niyə Bakıya üz tuturlar? – AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlum olduğu kimi, xüsusilə ali təhsil almış sumqayıtlı gənclərin əksəriyyəti iş üçün Bakıya üz tutur.

Bu da öz növbəsində müxtəlif problem və çətinliklərin yaranmasına səbəb olur. "Çörək pulu"na görə hər gün Bakıya gedib-gələn sumqayıtlılar vaxt və enerji itkisi yaşayırlar ki, bu da onların gündəlik həyatına və iş fəaliyyətinə təsir göstərir. 

Sumqayıt sakinlərinin, xüsusilə də gənclərin şəhərdə qalaraq işləməsini və yaşayışını təşviq etmək üçün hansı addımlar atılmalıdır? Bu istiqamətdə dövlət, yerli icra strukturları və özəl sektor hansı tədbirləri həyata keçirməlidir?

Sumqayit24.az məsələ ilə bağlı deputat Elnarə Akimovanın fikirlərini öyrənib.

Millət vəkili bildirib ki, Sumqayıtdan Bakıya axının əsas səbəblərindən biri paytaxtda əmək bazarının daha geniş olması ilə bağlı formalaşmış təsəvvürdür.

"Lakin reallıq ondan ibarətdir ki, Sumqayıt bu gün Azərbaycanın ən böyük sənaye şəhəri olmaqla yanaşı, ölkənin ən iri istehsal və ixrac mərkəzlərindən birinə çevrilməkdədir.

Son illər şəhərdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində minlərlə yeni iş yeri yaradılıb. Sumqayıt artıq təkcə yaşayış şəhəri deyil, həm də ciddi məşğulluq imkanları təqdim edən iqtisadi mərkəz statusu qazanıb", - deyə deputat qeyd edib.

Elnarə Akimova əlavə edib ki, şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və istehsal sahələrindəki vakansiyalar üzrə ilk növbədə Sumqayıt sakinlərinin işlə təmin olunmasına xüsusi diqqət yetirilməlidir:

"Çünki şəhərin iqtisadi inkişafından və yaradılan yeni imkanlardan ilk növbədə məhz Sumqayıt sakinləri faydalanmalıdır. Əsas məsələ mövcud imkanlarla gənclər arasında daha güclü əlaqənin qurulmasıdır. Ali məktəbi bitirən gənclərin bir hissəsi şəhərdə mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları barədə kifayət qədər məlumatlı olmur. Buna görə də sənaye müəssisələri ilə universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, ödənişli təcrübə proqramlarının artırılması və tələbələrin hələ təhsil dövründən istehsalat müəssisələrinə cəlb olunması vacibdir".

Deputat həmçinin dövlət, yerli icra strukturları və özəl sektorun bu istiqamətdə atmalı olduğu addımlara da toxunub.

"Dövlət və yerli icra strukturları isə yalnız iş yerlərinin yaradılması ilə kifayətlənməməli, şəhərin ümumi həyat keyfiyyətini də yüksəltməlidirlər. Müasir ictimai məkanların, parkların, gənclər mərkəzlərinin, innovasiya və startap hub-larının yaradılması Sumqayıtı daha cəlbedici edə bilər. Gənclər yalnız işləmək üçün deyil, həm də yaşamaq, inkişaf etmək və vaxt keçirmək üçün rahat mühit axtarırlar. Bu baxımdan rəqəmsal texnologiyalar, yaradıcı sənayelər və xidmət sektoru üzrə bizneslərin inkişafı da təşviq edilməlidir.

Özəl sektorun üzərinə düşən vəzifələrdən biri də rəqabətqabiliyyətli əməkhaqqı, karyera yüksəlişi imkanları və müasir korporativ mühit formalaşdırmaqdır. Əgər gənc mütəxəssis Sumqayıtda həm yaxşı maaş, həm peşəkar inkişaf, həm də keyfiyyətli şəhər mühiti tapa bilsə, Bakıya köçmək onun üçün zərurət olmayacaq", - deputat sonda vurğulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər