Sumqayıtda istehlaka yararsız məhsullar utilizasiya olunub. Sumqayıt24 bu barədə 5 oktyabr tarixində Afsa.gov.az-a istinadən xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir. “Sun Food” MMC-nin agentliyə müraciəti əsasında ümumi çəkisi 24.16 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.