Bakı-Sumqayıt qatarı gecikmə ilə hərəkət edib. Sumqayıt24 bu haqda 22 fevral tarixində Oxu.az-a istinadən xəbər verir.
Saat 07:25-də Sumqayıtdan yola düşən qatar 08:04-də Bakı Dəmiryol Stansiyasına çatmalı idi. Lakin o, 10 dəqiqə gecikərək mənzil başına 08:14-də yetişib.
Səbəblər hələlik açıqlanmayıb.