Sumqayıt-Pirşağı-Bakı sürət qatarı yenə gecikib. Sumqayıt24 bu haqda 15 dekabr tarixində Bizim.media-ya istinadən xəbər verir.
Səhər saat 7:40-da Sumqayıtdan çıxan qatar Goradil və Məhəmmədli qəsəbələri ərazisində iki dəfə dayanıb. Açıqlamaya görə, səbəb elektrik verilişinin kəsilməsi olub.
Bənzər olay dekabrın 14-ü də yaşanıb.