Sumqayıt məktəblərinin məzunları mükafatlandırılıblar. Sumqayıt24 bu haqda 25 iyul tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Şəhərimizin ümumi təhsil müəssisələrini bu il bitirən 14 şagird “Təhsildə xüsusi nailiyyətlərə görə” nişanlarına layiq görülüb. Nişanlardan 13-ü qızıl, 1-i isə gümüşdür.