Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) gənclər arasında şou-debat baş tutacaq. Bu haqda 3 mart tarixində Sumqayıt24 universitetin səhifəsinə istinadən xəbər verir.
Tədbir ali təhsil müəssisəsinin Debat Klubunun və Tələbə Gənclər Təşkilatının birgə dəstəyi ilə keçiriləcək. “İstiqlal” komandasından Günay Ramazanova, Aslan Musazadə, Zümrüd Bahadirova “Yeahteam” komandasının üzvləri Anar Qurbanov, Gülşən Talıbova, Eltac Ağazadə ilə debata qatılacaqlar.
Məkan: SDU, akt zalı;
Saat: 15:00.