Sumqayıt Gənclər Evində “Məişət zorakılığı” adlı təlim keçirilib. Sumqayıt24 bu haqda 17 avqust tarixində xəbər verir.
Görüş “Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər” layihəsi çərçivəsində təşkil olunub. Təlimçi Günel Ələkbərova könüllüləri “Məişət zorakılığı nədir?”, “Necə baş verir?”, “Bu sahədə hansı qurumlar fəaliyyət göstərir?” mövzularında məlumatlandırıb, onların suallarını cavablandırıb.