Sumqayıtda təhsil ocağında antinarkomaniya ilə bağlı tədbir keçirilib. Bu barədə 10 oktyabr tarixində xəbər veririk.
“Regional Sosial Təşəbbüslərə Dəstək” İB, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan tədbir 15 nömrəli tam orta məktəbdə keçirilib. İB-nin sədri, Narkomaniya üzrə tanınmış ekspert Emil Maqalov şagirdlərə narkotik vasitələrin insan sağlamlığına törətdiyi problemlərdən, onların səbəb olduğu ağır fəsadlardan bəhs edib.