Sumqayıtda ”Marketinq və Satış" üzrə ödənişsiz təlim keçiriləcək. Bu haqda 1 avqust tarixində Sumqayıt24 xəbər verir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Afandi” Biznes Akademiyası tərəfindən təşkil olunan görüşdə müasir marketinq və satış alətləri haqqında dəyərli məlumatlar veriləcək. Bundan əlavə iştirakçılar hədiyyə qazanmaq şansını əldə edəcəklər.
Təlimçi qismində Marketinq və Satış üzrə 25 illik təcrübəyə, 2000+ tələbəsi olan İlham Əfəndiyev çıxış edəcək. O, bu zamanadək Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya, tikinti və istehsal şirkətlərində rəhbər vəzifələrdə çalışıb, təcrübə toplamışdır. Həmçinin Coca-Cola, Toyota, Veysəloğlu və digər tanınmış şirkətlərə Marketinq, Satış və s. mövzularda təlimlər keçmişdir.
Tarix: 4 avqust;
Vaxt: 15:00;
Məkan: Heydər Əliyev Mərkəzi;
Qeydiyyat linki; https://forms.gle/7xgNw8TLpmzzpqob8.