top
TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına cavab
24 iyun 2026, 17:06
- ↺ +

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına cavab

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vəkil Fərhad Mehdiyevin qızının ölümü ilə bağlı ittihamlarını cavablandırıb.

Qurumdan Sumqayit24.az-ın sorğusuna cavab olaraq baş vermiş hadisə ilə əlaqədar vəfat edən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı verilib və yaşanan hadisədən kədərləndiklərini bildirilib: 

"Xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb. Daxil olduqdan dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub.

İlkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib. Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib.

Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib".

Xatırladaq ki, 17 yaşlı Zəhra iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Vəkil Fərhad Mehdiyev qızının düşdüyü qəzadan sonra baş verənlərlə bağlı bir sıra ciddi iddialar səsləndirib. O, hadisə yerinə təcili tibbi yardım göndərilmədiyini, xəstəyə lazımi tibbi müdaxilələrin edilmədiyini və reanimasiya tədbirlərinin yetərli olmadığını iddia edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Bu gün, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Bu gün, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Bu gün, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Bu gün, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Bu gün, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Bu gün, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Bu gün, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Bu gün, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Bu gün, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Bu gün, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Dünən, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Dünən, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Oxşar xəbərlər