TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib.
Sumqayıt24 TƏBİB-ə istinadən xəbər verir, yoluxma şübhəsi olan xəstədən nümunə götürülərək ərazi üzrə fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.
Hazırda tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Səhiyyə müəssisələri virus əleyhinə dərman vasitələri ilə təmin olunub.