Sumqayıtda tullantıların qalaqlanaraq yandırılması faktı aşkar edilib. Bu haqda 15 avqust tarixində Sumqayıt24 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Fakt şəhərin Yəhya Məmmədov küçəsində yerləşən metal tullantıların qəbulu sexində müəyyən edilib. Bununla bağlı sexin sahibi Vilayət Hüseynov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.