Türkiyə səfirliyinin rəsmisi Sumqayıtda olub. Sumqayıt24 bu haqda 2 avqust tarixində xəbər verir.
Mətbuat müşaviri Alptekin Cihangir İşbilir sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. Diplomat Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun anasını ziyarət edib. O, generalın ev-muzeyində şəkillər çəkdirib, anasının əlini öpərkən foto çəkdirib.
“Milli Qəhrəman, şəhid general Polad Həşimovun anası Səmayə xanımı mediadan və vətəndaş cəmiyyətindən olan dostlarımızla ziyarət edib xeyir-dualarını aldıq. Şəhidlərimizin əziz xatirəsini, yadigarlarını qoruyacağıq”, – deyə Cihangir İşbilir paylaşımında yazıb.