Sumqayıtda 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi”nə həsr olunan tədbir keçirilib. Bu barədə 2 avqust tarixində STM-ə istinadən xəbər veririk.
Tədbir Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan Perinatal Mərkəzin təşkilatçılığı ilə keçirilib. Çıxış edənlər körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparıblar. Tədbirdə iştirakçılar, simvolik olaraq, örtüklər geyiniblər. Bu da ana südü ilə qidalanmanın əhəmiyyətini bir daha göstərib.
Çıxışlardan sonra “Ana Südü ilə qidalandırmaya sosial yanaşma”, “Hamiləlikdə COVİD-19-a yoluxmuş analardan doğulan yenidoğulmuşların qidalanması”, “Ana Südü ilə qidalandırmanın üstünlükləri”, “Ana südünün möcüzəsi” mövzusunda təqdimatlar nümayiş olunub.
Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.