H.Z. Tağıyev qəsəbəsində "Şuşa Zəfəri" adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 16 dekabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutan görüş kitabxana filialının kollektivi və qəsəbə Ağsaqqallar şurası tərəfindən təşkil olunub.
Burada qəsəbə İcra Nümayəndəsi Lalə Hacıyeva, Bələdiyyə sədri Əsli Qasımova, Ağsaqqallar Şurasının sədri Arif Qafarov, UİM-in direktoru İradə Nəsirli, qəsəbə yazarlarından Zirəddin Qafarlı, Yaqub Söz və başqaları iştirak ediblər.
Qəsəbə ağsaqqalı Hacı Eldar Şuşa şəhərinin tarixindən danışıb. Sonra 19, 40 saylı və Laçın rayon F. Cəfərov adına Aşagı Cicimli kənd məktəbinin şagirdləri mövzuya aid şeirlər səsləndiriblər. Ə. Bakixanov adına UİM-in Xalq Çalğı Alətləri Ansamblı isə rəngarəng musiqi nömrələri ilə çıxış edib.