Sumqayıt məktəbliləri beynəlxalq müsabiqədə uğurla çıxış ediblər. Bu barədə 29 dekabr tarixində Sumqayıt24 məlumat verir.
Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 1-ci sinif şagirdi Fərid Faxurdinov və 5-ci sinif şagirdi Aydan Əliyeva "Vienna Music Stars" Avstriya-Qazaxıstan I Beynəlxalq vokal-instrumental müsabiqəsində 2-ci dərəcəli laureat adına layiq görülüblər. Onlar diplomla təltif olunublar.
Şagirdləri müsabiqəyə müəllim Gülbəniz Həsənova hazırlayıb.