Sumqayıtda dələduzluq etməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Bu haqda 5 avqust tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Vətəndaşın 7500 manat pulunun dələduzluq yolu ilə alınması barədə Polis Bölməsinə məlumat daxil olub. Polis işçilərinin keçirdikləri tədbirlərlə E.Həşimov və D.Müslümov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.