top
Vətən müharibəsi iştirakçısı olan müəllim Sumqayıtda 58 bal topladı
26 iyun 2026, 12:17
- ↺ +

Vətən müharibəsi iştirakçısı olan müəllim Sumqayıtda 58 bal topladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində keçirilən sertifikasiya imtahanında müəllimlərin bir qismi yüksək nəticələri ilə seçilib. 

"Azərbaycan müəllimi" həmin təhsilverənlərlə həmsöhbət olub. 

"Ən yaxşı öyrənmək öyrətməkdən keçir"

Sertifikasiya imtahanında 58 bal nəticə göstərən Elmir Şükürov Xırdalan şəhəri 7 nömrəli tam orta məktəbdə 4 ildir ki, tarix müəllimi işləyir. Elmir müəllim müharibə veteranıdır: "Murovdağ istiqamətində döyüşlərdə iştirak etmişəm. "Kəlbəcərin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam".

E.Şükürov qeyd edir ki, imtahana xüsusi olaraq hazırlaşmayıb: 

"Suallar fənnini normal bilən hər bir müəllim tərəfindən yazıla biləcək səviyyədə idi. Sertifikasiyanın əhəmiyyəti ondadır ki, müəllimlərin biliklərinin səviyyəsini müəyyən edir, gələcəkdə öz üzərlərində işləmələrinə şərait yaradır. İmtahandan uğurla keçmiş hər bir müəllimə fəaliyyətində uğurlar arzulayıram və hər bir müəllimə öz üzərində daim işləməyi, mütaliə etməyi və ən əsası, şagirdləri öyrətməyə çalışmağı tövsiyə edirəm. Çünki ən yaxşı öyrənmək öyrətməkdən keçir".

"Sertifikasiya prosesini müəllimlərin özünüqiymətləndirməsi kimi dəyərləndirirəm" 

Cahid İmanov Sumqayit şəhər 37 nömrəli tam orta məktəbin tarix müəllimidir. 57 bal nəticə göstərən C.İmanov 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. 

O qeyd edib ki, imtahanda sualların asan, orta, çətinlik dərəcələri düzgün paylanmışdı, çərçivə sənədinə tam uyğun idi:

"İxtisasdan imtahana hazırlaşmamışdım, kurikulum üzrə metodiki dəstək almışdım. Pedaqoji təcrübəm sualları cavablandırmağa kömək etdi. Sertifikasiya prosesini ilk növbədə müəllimlərin  özünüqiymətləndirməsi kimi dəyərləndirirəm. Müəllimlərə öz peşələrini sevməsini tövsiyə edirəm. Məncə, bir müəllimdə bu varsa o, hökmən uğur qazanacaq" . 

Yeni təmayül tədris modeli tətbiq olunan Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin tarix müəllimi sözügedən layihənin əhəmiyyətinə də toxunub: 

"Yeni təmayül tədris modelinin Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri olacağına tam əminəm. Layihənin şagird və müəllimlərin inkişafında stimulu çoxdur və birbaşa məqsəd və nəticəyönümlüdür. Bu layihə həm də dövlətimizin vətəndaşlara qayğı və diqqətinin göstəricisidir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Bu gün, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Bu gün, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Bu gün, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Bu gün, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Bu gün, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Bu gün, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Bu gün, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Bu gün, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Bu gün, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Bu gün, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Dünən, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Dünən, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Oxşar xəbərlər