Sumqayıtda “Bədii ədəbiyyatda Xurşidbanu Natəvan obrazı” adlı dəyirmi masa keçirilib. Bu barədə 13 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Nizami Gəncəvi adına Kitabxana klubda baş tutan tədbir Xan qızı Natəvanın anadan olmasının 190 illiyinə həsr olunub. Kitabxana klubun müdiri Ülviyyə İsayeva çıxışında Əzizə Cəfərzadənin “Natəvan haqqında hekayələr”, Şövkət Məmmədovanın “Könül səsi”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” və Hüseyn Arifin “Natəvan” adlı poemalarından söz açıb.
Oxucular kitabxanada Xurşidbanu Natəvana həsr olunan kitab və dövri mətbuat materiallarından ibarət sərgi ilə də tanış olublar.