Tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq üçün işlər aparılır. Sumqayıt24 bu haqda 15 dekabr tarixində TƏBİB-ə istinadən xəbər verir.
Göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə cari ilin iyun ayınadək xaricdə təhsil almış 31 həkim-mütəxəssis Sumqayıt və Bakı şəhərlərində yerləşən tibb ocaqlarında işlə təmin olunub.
İşə qəbul prosesi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan proqram çərçivəsində təşkil edilir. Hazırda həkim-mütəxəssislərin işə qəbulu davam edir.