Xəzər dənizinin Sumqayıt sahili zibillərdən təmizlənib. Sumqayıt24 bu haqda 1 avqust tarixində xəbər verir.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və bələdiyyənin əməkdaşları, həmçinin könüllülər iştirak ediblər. Sahil zolağından 300 kiloqramdan artıq tullantı toplanıb.