Sumqayıtda ehtiyaclı sakinlərə yardım edilib.
Sumqayıt24 xəbər verir ki, adının hallanmağını istəməyən xeyriyyəçi tərəfindən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ehtiyaclı ailələrə ərzaq bağlamaları paylanılıb.
Bölmənin sədri Şəhriyar Əliyev xeyriyyəçiyə öz və kollektiv adından minnətdarlığını bildirib. Ailələr isə ona xeyir-dualarını veriblər.