Sumqayıtda dördmərtəbəli yaşayış binasında yanğın olub.
Sumqayıt24 xəbər verir ki, hadisə zamanı pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı, 6 ədəd elektrik açarı və 3 p.m kabel yanıb.
Mənzillər mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər.