Sumqayıtda beşmərtəbəli yataqxana binasında yanğın olub.
Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb. Dəhlizdə həcmi 5 litrlik məişət qaz balonunun başlıq hissəsi və 3 paq.m elektrik naqili yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.