Sumqayıt şəhəri, 18-ci məhəllədə yanğın olub. Sumqayıt24 bu haqda 29 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə dünən axşam qeydə alınıb. Məlumata görə, 1 saylı yataqxananın 2-ci mərtəbəsinin pilləkən qəfəsində olan elektrik sayğacları yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovun qarşısını alıblar. Mənzillər yanğından mühafizə olunub.
Səbəb kimi elektrik xətlərində baş vermiş qısaqapanma göstərilir. [modula id="27767"]