Avqustun 31-də çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıt və Novxanıda dəniz suyunun temperaturu 26-27° isti olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.