Bakı-Quba yolunda narkoman sürücü tutulub. Sumqayıt24 bu haqda 14 avqust tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bakı sakini Vasif Hüseynlinin idarə etdiyi “Honda” markalı avtomobil ödənilməmiş cərimələr səbəbindən Saray qəsəbəsi ərazisində yol polisi tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.
Nəticədə V. Hüseynlinin narkotik vasitənin təsiri altında olduğu məlum olub. Onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.