Bakı-Sumqayıt magistral yolunda təhlükəli hal yaşanıb.
Hadisə yolun Biləcəri qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük avtomobilinin yük yerinin yan qapılarından biri qoparaq yola düşüb.
Xoşbəxtlikdən qopan detal digər nəqliyyat vasitələrinə çırpılmayıb və hadisə nəticəsində qəza baş verməyib.
Mənbə: Qafqazinfo.аz