Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı görüş keçirib. Sumqayıt24 bu haqda 3 avqust tarixində xəbər verir.
Zakir Fərəcov sakinləri Nəriman Nərimanov adına Mədəniyyət Evində qəbul edib. Tədbirə qurumun rəhbər şəxsləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, təşkilat nümayəndələri, şəhid ailələri və qazilər də qatılıblar.
İcra başçısı müraciətləri fərdi şəkildə dinləyib, qaldırılan problemlərin bir hissəsini yerində həll edib. Araşdırılmasına ehtiyac duyulan məsələlərin çözülməsi üçün müvafiq qurumların rəhbərlərinə göstərişlər verilib.