Sumqayıtda havaya zərərli tüstü buraxılır. Bu barədə Sumqayıt24-ə çox sayda müraciət daxil olur.
Şahidlərin dediyinə görə, “Unimetal MMC”-nin Polad Pəstah istehsalı zavodundan çıxan tüstü və xoşagəlməz qoxu ətrafı bürüyüb. Bu hal həm günorta, həm də gecə saatlarında müşahidə edilir.