Sumqayıtda fəhlə iş zamanı yaralanıb. Sumqayıt24 bu haqda 15 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə "Tuqzavod" adlanan ərazidə yerləşən zavodda baş verib. Şəhər sakini, 36 yaşlı Hamlet Şiriyev iş görən zaman termiki yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.