Sumqayıt şəhərinin 13-cu mikrorayon ərazisində qaz təchizatında fasilə yaranıb. Bu haqda 23 fevral tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Fasilə qaz xəttində yaranmış nasazlıqla əlaqədardır. 850 abonentin qaz təchizatı saat 13:50-dən etibarən təmir işləri yekunlaşana qədər dayandırılacaq.