Sumqayıtda kanalizasiya quyusu daşıb. Sumqayıt24 bu haqda 30 mart tarixində xəbər verir.
Nəticədə Azərbaycan prospektinin Bakı küçəsi ilə kəsişdiyi ərazini çirkab sular basıb, ətraf xoşagəlməz qoxuya bürünüb. Ünvana cəlb olunan Sukanal İdarəsinin əməkdaşları problemin aradan qaldırılması üzərində çalışırlar.