top
Boşanmaq istəyən arvadını öldürən biznesmenə hökm oxundu
27 aprel 2023, 02:46
- +

Boşanmaq istəyən arvadını öldürən biznesmenə hökm oxundu

Novxanıdakı bağ evinin həyətində arvadı İlahə İsgəndərovanı qətlə yetirən biznesmen, 52 yaşlı Tofiq Həsənovun məhkəməsi yekunlaşıb. Sumqayıt24 bu haqda 27 aprel tarixində News24.az-a istinadən xəbər verir.

Rusiyada bizneslə məşğul olan Tofiq Həsənov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib.

Bildirilib ki, T. Həsənov boşanmaq istəyən arvadına 14 bıçaq zərbəsi vurarkən İlahənin anası da orada olub. Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun əlini kəsib. Həmçinin qeyd edilib ki, İ .İsgəndərova həyat yoldaşının aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov isə iddia edib ki, arvadı onun Bakıdakı evlərini və seyfdə saxladığı 200 min manata yaxın pulunu da ələ keçirib.

T. Həsənov ifadəsində deyib:

“1999-cu ildə Rusiyadan Tovuza gəlib, ailəvi tanışımız olan İlahə ilə evlənmişdim, 2 övladımız oldu və Rusiyada birgə yaşayırdıq. 2012-ci ildə uşaqların təhsili ilə əlaqədar Bakı şəhərinə gəlib Nərimanov rayonundan 3 otaqlı mənzil aldım və İlahə uşaqlarla daimi Bakı şəhərində yaşamağa başladı. Mən də ildə 3-4 dəfə Rusiyadan Bakıya gəlirdim, tez-tez ailəmin dolanışığı üçün pul göndərirdim. 2016-cı ildə Bakı şəhərində Xətai rayonundan 3 otaqlı ev, 2019-cu ilin yay aylarında isə istirahət etmək üçün Novxanı qəsəbəsində bağ evi aldım. Övladlarım təhsili almaq üçün Türkiyəyə getdikdən sonra qayınanam İlahə ilə birgə Xətaidəki evdə yaşamağa başladı. İlahə 2019-cu ildən Nərimanov rayonunda yerləşən uşaq bağçasında müəllimə kimi işləməyə başladı.

2021-ci ilin dekabrın sonlarında Rusiya Federasiyasından Azərbaycana gəldim və aramızdakı problemlər bundan sonra başladı. Onun məndən çox soyuduğunu gördüm. 2022-ci il yanvarın 30-da Rusiyaya getdim. Oradan İlahəyə zəng vursam da, o, zənglərə cavab vermirdi. 30 mart 2022-ci il tarixdə Bakıya gəldim, lakin İlahə məni görən kimi - "sənin nə işin var burada, nə üçün mənə deməmiş Azərbaycana gəlmisən?", - bildirməklə həmin gün saat 2-dək evə gəlmədi. İlahə mənimlə yaşamaq istəmədiyini, boşanacağını dedi. Rusiyadan pulsuz gəldiyimdən İlahədən evdə olan pulları istədikdə o, pulunun olmadığını deyərək anası ilə birlikdə bacısının yaşadığı Günəşli qəsəbəsindəki evə getdi, mənə pul vermədi və məhkəmədə görüşəcəyini dedi. Sonra Əkbər adlı polis əməkdaşı mənə zəng edərək nə üçün Azərbaycana gəldiyimi soruşdu. Evə gedib, seyfi açıb baxdıqda evdə olmalı 165 000 dollar puldan sadəcə 12 000 dollar pulun qaldığını gördüm. Bundan başqa, seyfdə dəftər tapdım və İlahənin pulları faizə verdiyini aşkar etdim”.

Təqsirləndirilən şəxs əlavə edib ki, arvadı onunla boşanacağını bildirib və aldığı bağ evinə buraxmayıb:

“İlahə məni görmək istəmədiyini və boşanacağını deyib üstümə ayaqqabı və müxtəlif əşyalar ataraq evdən qovdu. Daha sonra boşanmaq üçün Tovuz rayon məhkəməsində iddia qaldırdı. 2022-ci il mayın 8-də günorta vaxtı İlahə ilə barışmaq üçün qardaşım arvadı ilə Novxanı qəsəbəsində yerləşən bağa getdim. Lakin o, məni evə buraxmadı. Bir müddət sonra hasarı aşıb həyətə daxil oldum, təxminən 3 saat həyətdə oturdum. İlahə həyətə çıxanda - "nə gəzirsən burada, çıx, rədd ol buradan", - deyərək üstümə gəlib təhqir etdi. Həmin vaxt qayınanam və qardaşım arvadı evdə idi. İlahənin hərəkətlərinə əsəbiləşərək həyətdən dəstəyi qırmızı rəngli bıçağı götürüb İlahənin müxtəlif nahiyələrinə vurmağa başladım. Sonra maşınla Nərimanov Rayon Polis İdarəsinə gedərək təslim oldum”.

Onun sözlərinə görə, Rusiyada ticarətlə məşğul olduğu vaxt İlahə və övladları üçün aylıq 10.000 manatadək pul göndərib:

“İlahənin özü bağçada müəllimə işləyirdi. Bizim aramızda olan mübahisənin yaranma səbəbi isə İlahənin mənə xəyanət etməsindən şübhələnməyim oldu. Belə ki, İlahəyə aldığım “Toyota RAV4” markalı maşında və evin yataq otağında siqaret yandırmaq üçün istifadə olunan alışqan tapmışdım, halbuki İlahə siqaret çəkən deyildi. İlahə zənglərimə cavab vermirdi və evə gecə gəlirdi”.

Məhkəmədə ifadə verən şahidlər İlahədən faizlə pul götürmələrini təsdiq ediblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Dünən, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Dünən, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Dünən, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Dünən, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Dünən, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Dünən, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Dünən, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Dünən, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
16 sentyabr 2026, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
16 sentyabr 2026, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
16 sentyabr 2026, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
16 sentyabr 2026, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
16 sentyabr 2026, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
16 sentyabr 2026, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər