Sumqayıtda dəmir yolunda təmir işləri aparılır. Bu haqda Sumqayıt24-ə bu gün, 7 mart tarixində məlumat daxil olub.
İşlər Sumqayıt-Tağıyev qəsəbəsi yolunda görülür. Burada mövcud olan dəmir yollarının relsləri yeniləri ilə əvəz edilir. Köhnə relslərin bir hissəsi dağılmış, digər hissəsi isə çökmüşdür. Hazırda yolun bir hissəsi bağlıdır.
Əraziyə çox sayda xüsusi texnika cəlb edilib. [modula id="11014"]